"2013-cü ildə 9 mln. nəfər vərəmə yoluxub" - ÜST

1990-cı ildən bəri vərəm xəstəliyindən ölənlərin sayı 45% azalıb.

Lakin 2013-cü ildə vərəmə yoluxanların sayı əvvəlki illərə nisbətən daha yüksək olub - 9 mln. nəfər.

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında bildirilir.

Qeyd olunur ki, vərəmdən ölüm halları ilə yanaşı, xəstəliyə yoluxma halları da azalıb - orta hesabla ildə 1,5%. 2000-ci ildən başlayaraq effektiv diaqnostika və müalicə sayəsində 37 mln. nəfərin həyatını xilas etmək mümkün olub.

ÜST ekspertləri qeyd ediblər ki, hər il 3 mln. vərəm xəstəsi ya diaqnoz qoyulmaması, ya da tibb müəssisələrində qeydiyyata alınmama səbəbindən zəruri müalicə ala bilmir. Hər il xəstəliklə mübarizə üçün 8 mlrd. dollar tələb olunsa da, cəmi 6 mlrd. dollar ayrılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar