Çexiya prezidenti Azərbaycana səfər edəcək

cexiya Czech RepublicÇexiya prezidenti 2015-ci ilin fevral-mart aylarında Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, bunu Praqada səfərdə olan azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın Çexiyadakı səfir Fərid Şəfiyev deyib.

O bildirib ki, dekabrın əvvəlində Çexiyanın ticarət və sənaye naziri də Azərbaycana səfər edəcək: “Həmin səfər zamanı Biznes Forumun keçirilməsi planlaşdırılır”.

F.Şəfiyev əlavə edib ki, Çexiya və Azərbaycan arasında əlaqələr yaxşı inkişaf edir: “Gələn il Çexiya prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Əlaqələr çərçivəsində iqtisadi məsələlər ön plandadır. Kənd təsərrüfatı və sənaye sahəsində də əlaqələr prioritetdir. İki ölkə arasında dostluq münasibətləri mövcuddur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar