Nəcməddin Sadıqovla bağlı prezidentə müraciət ediləcək

"Müdafiə Nazirliyinə şəxsi təsərrüfatı kimi qohum-tanışlarını vəzifəyə təyin edir"

Hərbi-ekspert Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında özünün vəzifə təklifi haqda danışıb: “Mənimlə Müdafiə Nazirliyinin rəsmiləri danışıq aparıblar ki, sənə vəzifə təklif edilsə razılaşarsanmı? Mən də orduya qayıda biləcəyimi bildirmişəm. Bundan başqa konkret hansısa vəzifə üzrə təklif almamışam”.

Ü.Cəfərov hafta.az-a MN-dəki Nəcməddin Sadıqov faktoprundan danışıb və onunla əlaqədar prezidentə müraciət edəcəklərini bildirib: “Əgər məni hansısa vəzifəyə təyin edərlərsə, öncə mənimlə danışacaqlar. Mən Nəcməddin Sadıqova yox, Azərbaycan Ordusuna xidmət edəcəyəm. Mənim üçün Nəcməddin Sadıqov faktoru önəmli deyil. Bu insan mənə qarşı kobudluq edəndə ona sərt şəkildə cavab vermişəm. Bu adamın özbaşınalıqlarından dövlət başçısına müraciət edəcəyik. Müdafiə Nazirliyinə şəxsi təsərrüfatı kimi qohum-tanışlarını vəzifəyə təyin edir. 20 ildir Nəcməddin Sadıqov Azərbaycan dilini öyrənməyib. Rus dilini bilməyən gənc zabitlərlə əcnəbi dildə danışır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar