Kanadada daha bir fövqəladə hadisə: baş nazirin bir neçə metrliyində silahlı yaxalandı

Son günlər bir-birinin ardınca islamı qəbul etmiş keçmiş xristianlar tərəfindən terror hücumlarının törədildiyi Kanadada bu gün daha bir fövqəladə hadisə baş verib.

Virtualaz.org saytının “Röyter”ə istinadən xəbər verir ki, az əvvəl paytaxt Ottavada baş nazir Stiven Harper və xanımı oktyabrın 22-də törədilmiş silahlı hücum zamanı öldürülən əsgərin xatirəsini yad edərkən hələlik kimliyi müəyyən edilməyən silahlı şəxs onun bir neçə metrliyində yaxalanıb.

Xəbərə görə Stiven Harper güclü təhlükəsizlik tədbirləri şəraitində parlament binasının qarşısında Birinci dünya müharibəsində həlak olanların xatirəsinə qoyulmuş abidənin keşiyini çəkərkən öldürülən əsgəri yad etmək üçün abidənin qarşısına əklil qoymağa gedib. Ərazi təhlükəsizlik məqsədi ilə lentlə əhatələnib. Baş nazir abidənin qarşısına əklil qoyarkən qəfildən naməlum silahlı şəxs həmin lenti keçərək baş nazirə tərəf qaçıb. Polis dərhal həmin şəxsə silahları tuşlayaraq ona yerə uzanmağı əmr edib. Silahlı şəxs zərərsizləşdirilib.

Hazırda onun məqsədi araşdırılır. “O, lenti keçdi, baş nazirin bir neçə metrliyinə qədər yaxınlaşdı. Biz ona lenti keçməmək barədə xəbərdarlıq etdik, o, qulaq asmadı” deyə hadisə yerindən polis zabiti bildirib. Bu gərgin məqam mərasimi izləyən jurnalistlər tərəfindən lentə alınıb.

Xatırladaq ki, bir gün əvvəl Maykl Zehaf Bebu adlı islamı qəbul etmiş, İŞİD üzvlərinə xas qara geyimli şəxs memorialın qarşısında növbə çəkən əsgəri güllələyib, daha sonra parlament binasına hücum edib və oradakı atışmada zərərsizləşdirilib. Hücum zamanı baş nazir də parlament binasında olub. Bundan bir gün əvvəl isə Kvebek şəhərində islamı qəbul etmiş kanadalı maşınla iki əsgəri vuraraq öldürüb. Hazırda bu hadisələrin arasında əlaqə araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar