Amerikada qatili yanlış olaraq azad ediblər

Anası: “Oğlum təhlükəli adamdır, onu təcili həbs etmək lazımdır”

Amerikada ağlasığmaz hadisələr tez-tez baş verir. 400 milyona yaxın insanın yaşadığı ölkədə bəlkə də bunu normal qarşılamaq lazımdır. Ancaq bəzən elə şeylər olur ki…

“ABC News Network” belə hadisələrin biri barədə xəbər yayıb. Məlumatda bildirilir ki, bir nəfər qatil yanlış olaraq Baltimor istintaq təcridxanasından azad edilib. Hazırda onun tapılması istiqamətində intensiv axtarışlar aparılır. Hətta qatilin anası belə oğlunun tezliklə hüquq-mühafizə orqanlarına təslim olmasını istəyib.

Axtarışda olan qatilin adı Rodriqes Purneldir. Onun 30 yaşı var. Müxtəlif çinayətlərə görə həbsdə yatıb. Hazırda isə 27 yaşlı amerikalını qətlə yetirməkdə ittiham olunur.

İş orasındadır ki, istintaq təcridxanasında çalışan zabitlər onun əvvəlki istitaq materialları ilə hazırkı materiallarını səhv salıblar. Ona görə də onu istintaq təcridxanasından özləri çıxardıblar. Etdikləri yanlış hərəkətdən isə iki gün sonra xəbər tutublar.Buna da Rodtiqes Purnelin anası səbəb olub. O, həbsxanaya zəng vuraraq, oğlu ilə danışmaq istəyib. Yalnız onda bəlli olub ki, Rodtiqes Purneli yanlış olaraq istintaq təcridxanasından buraxıblar.

Rəsmilər bildiriblər ki, bu yanlışa görə məsul olan zabit cəzalandırılıb.

Rodtiqes Purnelin anası Ceki Davis bildirib ki, o, baş vermiş bu səhvə görə çox məyusdur: “İndi onun ailəsi olaraq biz və onun işinə şahidlik edənlər təhlükə qarşısındadır. Əminəm ki, o, çox təhlükəli adamdır. Və onun mümkün qədər tez həbs edərək, geriyə-həbsxanaya göndərmək lazımdır. Belə yanlış isə heç vaxt baş verməməliydi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar