Avropa Liqası: “Slovan” - “Sparta” matçı yarımçıq dayandırıldı

Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən “Slovan” – “Sparta” matçı yarımçıq dayandırılıb.

Apasport.az saytının məlumatına görə, Bratislavada baş tutan oyunun ilk hissənin sonuna 5 dəqiqə qalmış görüşün baş hakimi qarşılaşmanı saxladıb.

Buna “Pasenki” stadionunun tribunalarında qarışıqlıqların yaranması səbəb olub.

Belə ki, oyunun 0:0 hesabı olan bir vaxtında, təxminən qonaq komandanın 40 azarkeşi digər tribunadakı səddi aşaraq, yerli azarkeşlərlə dava etməyə başlayıblar.

Aranın qarşıdığını görən futbolçular və məşqçilər meydanı tərk ediblər və bir çox azarkeşlər isə stadiondan qaçıblar. Təxminən 100 polis çılğın fanatları tribunalara geri qaytarmağa çalışıblar. Qeyd edək ki, hazırda matçda dayandırılmış 5 dəqiqə oynanılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar