Azərbaycanlıların Rusiyadan böyük köçü başlaya bilər

ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi bu ölkədə əsl fəlakət yarada bilər.Axar.az xəbər verir ki, Rusiyadakı azərbaycanlılar artıq bu ölkədə yaşamağın faydasız olduğundan və pul qazanmağın çətinləşdiyindən ciddi şəkildə şikayətçidirlər.

Həştərxan şəhərində yaşayan Nüsrət Süleymanovun əməkdaşımıza verdiyi məlumata görə, sanksiyalar ölkə vətəndaşlarının gündəlik həyatına böyük zəbə vurub: “Qiymətlər hər gün qalxmaqdadır. Əksər azərbaycanlılar burada ticarətlə məşğul olur. Sanksiyalar alıcılıq səviyyəsinin aşağı düşməsinə səbəb olub. Daha burada yaşamağın bir faydası yoxdur. Azərbaycanda az maaşla işləmək buradan daha sərfəlidir”.

Paytaxt Moskva və ətraf rayonlarda daha sıx şəkildə məskunlaşan soydaşlarımızın getdikcə daha ağır şərtlərlə yaşadığını deyən Həbib Abdullayev adlı soydaşımız vətəndaşlıq şərtlərinin asanlaşdırılmasının təsirsiz olacağını düşünür: “Bir neçə ay öncə Rusiya hökuməti bu ölkənin vətəndaşlığını almaq üçün şərtləri sadələşdirdi. Bu həmin dövrlərdə yaxşı idi. Amma indi azərbaycanlılar Rusiya vətəndaşlığını almaqdan imtina edir. Çünki vəziyyət getdikcə daha da pisləşir. Yanacağın qiymətinin və kommunal xərclərin qalxması burada yaşamağı əlverişsiz edir. Bir müddətdən sonra Rusiyada azərbaycanlı qalmayacaq”.

Xatırladaq ki, Rusiyanın bu ilin martında Krımı özünə birləşdirməsi və Ukraynanın şərqində separatçılara yardım etməsi ABŞ və Avropa ölkələrinin bu ölkəyə sanksiyalar tətbiq etməsi ilə nəticələnib. Sanksiyaların bu vaxta kimi Rusiyaya 200 milyard dollardan çox ziyan vurduğu təxmin edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar