Ebola vaksininə külli miqdarda pul ayrıldı

AB Ebolaya qarşı vaksinin araşdırılmasına 24,4 milyon avro ayırıb

Avropa Birliyi Ebola virusuna qarşı €24,4 milyon ayırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə AB sammitinin birinci günündə Avropa komissiyasının vəzifəsindən getməyə hazırlaşan başçısı Joze Manuel Barrozu bildirib.

“Araşdırmalar epidemiyanın yayılmasının qarşısının alınmasına, tibbi personalın müdafiəsinə və vaksin hazırlanmasına yönələcək”- deyə Barrozu bildirib.

Brusseldə keçirilən sammitdə çıxış edən Fransa prezidenti Fransua Olland isə bildirib ki, Avropa Birliyi həm personal, pul və həm də tibb işçilərinin yoluxmuş ərazilərdən uzaqlaşması üçün vəsait ayıracaq. “Konkret həcm və müddəti biz hələ sabah müzakirə edəcəyik, lakin biz başa düşməliyik ki, bu epidemiya ilə əlaqədar panikaya düşmək lazım deyil, ancaq fəaliyyətsizliyə də uymaq olmaz. Dünya bu xəstəlikdən qurtulmalıdır”- deyə Olland bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qərbi Afrikada Ebola epidemiyasının qurbanlarının sayı artıq 4,8 min nəfəri aşıb və təxminən 10 mini yoluxma hadisəsi var. Ölümlə nəticələn hadisələr əsasən Liberiya, Sierra Leone və Qvineyada qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar