Murad Aşurlu Azərbaycanda dəfn olunmayacaq - Video

O, fəth etdiyi bütün zirvələrə Azərbaycanın 3 rəngli bayrağını sancıb.

Himalay dağlarında həlak olan azərbaycanlı alpinist Murad Aşurlunun cənazəsi tapıldı.

Oxu.Az-ın ANS TV-yə istinadən məlumatına görə, Murad Aşurlu ekspedisiya qrupu ilə birlikdə alpinistlər arasında məşhur olan 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən həlak olub. Həmyerlimizin ölümünə səbəb isə onu qoruyan kəndirin qırılması olub. Bu səbəbdən də 400 metr yüksəklikdən qayaların üstünə çırpılan alpinisti hava şəraiti pis olduğundan həmin gün tapmaq mümkün olmayıb.

Son məlumatlara görə, isə Murad Aşurlunun meyiti tapılaraq xilasedici helikopter vasitəsilə Nepalın paytaxtı Katmanduya gətirilib. Murad Aşurlunun əmisi oğlu Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da hazırda Nepaldadır. Federasiya prezidenti ANS-ə açıqlamasında alpinistin dəfn edilmək üçün Amerika Birləşmiş Ştatlarına aparılacağını deyib. Çünki, 42 yaşlı Murad Aşurlu uzun illərdir Birləşmiş Ştatlarda ailəsi, qohumları ilə birgə yaşayaraq oranın vətəndaşı olub.

1972-ci ildə Bakıda doğulan Murad Aşurlu təhsilini Moskvada alsa da, sonradan Birləşmiş Ştatlarda aparıcı telekommunikasiya şirkətlərindən birində çalışıb. 5 ildir Azərbaycan Alpinizm Federasiyasının üzvü olan həmyerlimiz həlak olana qədər 40 zirvəni fəth edib. O, 2007-ci ildə Şimali Amerikanın ən yüksək zirvəsi olan Makkinli, Pamir dağlarında 7-dən çox zirvəni, Qafqazda Elbrusu və s. 2013-cü ildə dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edib. Bununla da o Everesti zəbt etmiş üçüncü azərbaycanlı alpinist olub. Fəth etdiyi bütün zirvələrə isə Azərbaycanın 3 rəngli bayrağını sancıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar