Alman nazir Yerevanda Qarabağ danışıqları apardı

Azərbaycana səfərini başa çatdıran Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer oktyabrın 23-də Yerevana yollanaraq Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb.

“Media forum” saytının məlumatına görə, erməni həmkarı Edvard Nalbandyanla görüşən Frank-Valter Ştaynmayer mətbuat konfransında deyib ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunublar.

Frank-Valter Ştaynmayer qeyd edib ki, Almaniya Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonu Parisdə keçirəcəyi görüşü alqışlayır: “Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesini diqqətlə izləyirik. Almaniya Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olmasına yardım göstərməyə hazırdır, amma ilk addım prezidentlərin Paris görüşündə atılmalıdır. Çox yaxşı ki, prezidentlər Fransanın dövlət başçısı Fransua Olandın dəvətini qəbul ediblər. Görüşün nəticəsiz qalmamasını arzu edirik”.

Edvard Nalbandyan isə deyib ki, Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri əsasında irəliləməyə hazırdır: “Azərbaycan tərəfdən belə bir hazırlıq barədə heç nə eşitmirik. Necə deyərlər, indi top onlar tərəfdədır”.

Həmin gün alman nazir Ermənistan prezidenti Serj Sərkisyanla da bir araya gəlib. Bu görüşdə də Dağlıq Qarabağ münaqişəsinə toxunulduğu vurğulanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar