Macarıstanın enerji içkisi Azərbaycanda qiymətləri alt-üst etdi

Deyəsən, Azərbaycanın istehlak bazarında enerji içkilərinin bahalı satıldığı dövr arxada qalır.

“Marja”nın məlumatına görə, Macarıstan istehsalı olan “Hell” enerji içkisinin bazara daxil olması ilə, uzun illərdir bu bazarda hökmranlıq edən brendlərin sonu yaxınlaşır.

Belə ki, bir müddət əvvəl marketlərdə “Hell” enerji içkisinin 1 manatdan satışına başlanılmışdır. Marketlərdə aparılan müşahidələr göstərir ki, bu içkinin alıcılarının sayı artır. Məhsulun həm qiyməti münasibdir, həm də keyfiyyəti normaldır. Hər gün müştəriləri azalan digər enerji içkiləri qiymət rəqabətinə dözə bilməyib qiymətləri aşağı salmaq məcburiyyətində qalıblar. Sosial şəbəkələrdən birində marketoloqların yığışdığı qrupda, “Yaguar” və “Boss”un “Hell”in qiymətləri ilə ayaqlaşa bilməyən növbəti enerji içkiləri olduğu yazılıb. Artıq “Yaguar” marketlərdə 1 manata, “Boss” isə 0,95 AZN-ə satılır.

NÖVBƏ “RED BULL”DADIR

Enerji içkiləri bazarında satış lideri “Red Bul”dur. İndi bu məhsulun qiymətinin aşağı salınıb-salınmayacağı maraqla izlənilir. Bəzi marketoloqlar, “West”ə görə “Marlboro”nun qiymətləri aşağı salmadığı kimi, “Red Bul”un da qiyməti aşağı salmayacağını qeyd edirlər. Onlar fikirlərini belə əsaslandırırlar ki, burada çox böyük brend və keyfiyyət fərqi var.

RƏQİBLƏR ARTIR

Qrupda, enerji içkilərinin Azərbaycan bazarında təmsilçilərindən biri, 2015-ci ilin əvvəlindən Azərbaycanda enerji içkisi bazarını "şoka salacaq" yeni məhsulun satışına başlanılacağını yazıb.

HELL-İN SİRRİ

Hell Energy brendi 2006-cı ildə yaradılıb. Brend 3 il ərzində Macarıstanda bazar lideri olmaqla bərabər, Avstraliya, Cənubi Amerika ölkələri daxil beynəlxalq bazarlarda hakim mövqe tutub. Hell-in uğurunun sirri qeyri-adi keyfiyyəti, dadı və brendin mükəmməl qiymət dəyər nisbətidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar