Bakıda avtobus sürücüsündən insanlığa sığmayan əməl

15 yaşlı qızı vuran sürücü heç nə olmamış kimi yoluna davam edib

Bakıda sərnişin avtobusu 15 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə S.Ə.Şirvani küçəsində qeydə alınıb.

Belə ki, naməlum avtobus 1999-cu il təvəllüdlü Təhminə Səfərovanı vurub. Qız ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində T.Səfərovanı vuraraq hadisə yerindən qaçmaqda şübhəli bilinən 1969-cu il təvəllüdlü Elman İsmayılov idarə etdiyi “Daewoo” markalı avtobusla birlikdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar