Yol polisi Azərbaycana səs salan avtomobili axtarır - Fotolar

Bir neçə gün əvvəl 90 MP 090 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobilin Mərdəkan qəsəbəsində avtoxuliqanlıq etməsi barədə məlumat yayılıb. 

Avtosfer.az-ın məlumatına görə, aparılan araşdırmalar zamanı maraqlı məlumatlar üzə çıxıb. Məlum olub ki, həmin nömrəli avtomobil Rauf adlı şəxsə məxsusdur və bu nömrənin olduğu avtomobillərlə “avtoş”luq edir. Youtube sosial şəbəkəsində aparılan axtarışlar zamanı isə daha maraqlı məqamlar ortaya çıxıb.

Məlum olub ki, 90 MP 090 dövlət nömrə nişanı bəzən eyni vaxtda, bəzən isə ayrı-ayrı vaxtlarda müxtəlif modeldən olan avtomobillərin üzərində olub. Həmin markalar arasında “İnfiniti”, “Porcshe”, “Mersedes” və s. də var.

Bu avtomobillərin hər biri ilə ayrı-ayrı vaxtlarda videolar çəkdirən nömrənin sahibi görüntüləri sosial şəbəkələrdə paylaşıb. Bu işə hobbi kimi yanaşan sürücü “ardı var” yazaraq, sanki serial çəkir. Aaeroport yolunda avtomobili 220 km/saat sürətlə idarə edən sürücü bunu da sosial şəbəkələrdə yayıb. Bundan başqa, sürücü həmin avtomobili sərt döngədə təhlükəli manevrlər edərək “qəhrəmanlıq” nümayiş etdirib.

Bildirlir ki, 90 MP 090 dövlət nömrə nişanı Dövlət Yol Polisinin Mərkəzi Məlumat Xidməti (MMX) sistemində mövcud deyil. DYP avtomobillərinin birindəki bort-komputer vasitəsilə həmin nömrə yoxlanılıb və ekranda “bu nömrə mövcud deyil” yazılıb. Belə olduğu halda, bu o deməkdir ki, bu nömrə ya saxtadır, ya da DYP-nin sistemində gizlədilib.

Baş Dövlət Yol Polisi İdarəsi məsələyə münasibət bildirib. İdarənin şöbə rəisi Kamran Əliyev qafqazinfo-ya bildirib ki, nəqliyyat vasitəsi haqqında informasiyanın digər şəxsə verilməsi mümkün deyil: “Başqa şəxsin özəl əmlakı barədə məlumat verə bilmərik. Həmin avtomobilin qayda pozuntusu, avtoxuliqanlıq hərəkəti ilə bağlı kimdə məlumatlar varsa, quruma təqdim edə bilər. Yazıda qeyd polunub ki, nömrə sistemdə mövcud deyil. Bu məsələdə konkret fakt yoxdur. Kimsə sosial şəbəkədən şəkil çəkdirib yerləşdirib. Həmin şəkillə biz neynəyəcəyik? Göstərilən videoda da sürücünün düz yolda, qumluqda avtomobili necə idarə etməsi çəkilib. Amma qumluq ərazidə yol polisi xidmət aparmır. Bu avtomobilin kimə məxsus olduğunu bilmirlər? Bütün hallarda DYP-nin müvafiq şöbəsi bu avtomobil barəsində araşdırmalara başlayıb. Nəticəsi barədə məlumat veriləcək”.

[gallery columns="4" ids="64224,64225,64226,64227"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar