Leyla Yunusun həbs müddəti uzadıldı

leyla yunusOktyabrın 24-də Nəsimi Rayon Məhkəməsində məhbus hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin uzadılması məsələsinə baxılıb.

“Media forum” saytına danışan vəkil Əlayif Həsənov deyib ki, məhkəmə Leyla Yunusun həbs müddətinin 4 ay müddətinə uzadılması haqda qərar çıxarıb.

Leyla Yunus iyulun 30-da həbs edilib. O, dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Leyla Yunus Bakı İstintaq Təcridxanasında saxlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar