"Bir neçə bank kapital tələbini yerinə yetirə bilməyəcək" - Mərkəzi Bank

Azərbaycanda bank sektorunun aktivlərinin 99%-nə malik olan banklar ilin sonuna qədər məcmu kapitallarını 50 milyon manata çatdıra biləcəklər.

Bu barədə Mərkəzi Bankın baş direktoru Rəşad Orucov məlumat verib. Bununla belə, onun sözlərinə görə, bir neçə bank var ki, onlar kapitalla bağlı tələbi yerinə yetirə bilməcəyəklər. Söhbət praktiki olaraq fəaliyyət göstərməyən və əmanət qəbul etmək hüququna malik olmayan banklardan gedir: “Bu baxımdan həmin bankların bazarı tərk etməsi nə əhali, nə də kreditorlar üçün heç bir əhəmiyyət kəsb etmir. Həmin banklar yalnız birləşməklə bazarda qala bilərlər” – deyə Rəşad Orucov bildirib.

Mərkəzi Bank rəsmisi onu da deyib ki, bankların məcmu kapitalına qarşı tələbnamənin bir daha artırılması gündəmdə deyil “ Biz hesab edirik ki, bank sistemi kifayət qədər yaxşı kapitallaşıb. 50 milyon manatdan da artıq kapitala malik olmaq hər bir bankın daxili işidir və istənilən bank kapitalını özünə lazım olan qədər artıra bilər”. / Trend

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar