Rəsul Quliyev Milli Şura haqda yeni təkliflər verdi - "Buraxılmalıdır..."

İngilislər dünya sivilizasiyasına dində islahatları, müasir demokratiyanın təməlini, poeziya və elmin ən böyük incilərini bəxş edən bir xalqdır. Bunlarla yanaşı, genetik səviyyədə incə yumorları ilə də fərqlənirlər. Düzdür, bu yumoru anlamaq üçün bəzilərinə bir il, bəzilərinə də bir ömür belə çatmır. Onlar deyir: “Əgər mexanizm işləmirsə, əl vurma, işləməyəcək. Əgər mexanizmi işləyirsə, toxunma, onsuz da işləyəcək”'. Bu misalı Milli Şurada baş verənlərə görə çəkdim. Milli Şurada sədr və ya həmsədrlər postunun olması ilə nə dəyişə bilər?! Heç bir şey”.

Bunu Modern.az-a eks-spiker Rəsul Quliyev Milli Şurada həmsədrlik institutunun yaradılmasına münasibət bildirərkən deyib. O, Milli Şuranın hazırkı fəaliyyətinə yenə də yumoristik yanaşıb: “Milli Şuranın ayda və ya rübdə bir dəfə yığışıb “Biz 2013-cü il seçkisini udduq və ölkədə korrupsiyanı pisləyirik” kimi bəyanatla çıxış etməyinin kimə nə istisi, nə də soyuqluğu ola bilər?! Mənim Milli Şuranın üzvlüyündən çıxarılmağımla bağlı məsələni MŞ-nin sessiyasında qaldırmaq və “üzvlükdən çıxartmaq” 20 ildir, ana müxalifət adını mənimsəmiş, indi də MŞ-ni ələ keçirmişlərin 2013-cü ildə ən böyük qələbəsi hesab ediləcək. Bu məsələyə yalnız yumorla yanaşmaq olar”.

R. Quliyev Milli Şuranın buraxılmasının tərəfdarıdır: “Milli Şura tamamilə buraxılmalıdır, fundamentin qalıqlarından təmizlənməlidir, idarə heyəti 5, üzvlərinin sayı 25-dən artıq olmayaraq qurum yaradılmalıdır. Adının necə olmasının heç bir fərqi yoxdur. İdarə heyətinə yaşı 40-a qədər olanlar daxil olmalıdır. 20 illik liderlər qurumun üzvü ola bilərlər. Bu qurum ancaq bir problemin (azad seçkilərə nail olmaq) həllinin plan və proqramını hazırlamalıdır və həyata keçirməlidirlər. İdarə heyəti üzvlərinin azı 3-ü ingilis dilində mükəmməl danışa bilməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar