“İntiqam Əliyevin həbs müddəti uzadıldı, onu sağ ayağı tutulub” – Açıqlama

intiqam 'liyevVəkil Cavad Cavadov həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı yeni məlumat verib. Modern.az saytının məlumatına görə vəkil özünün facebook hesabında bildirib ki, bu gün məhkəməsi olan İntiqam Əliyevin vəziyyəti yaxşı deyil:

“Bugün (24 oktyabr 2014-cü il tarixdə) İntiqam Əliyevin və Leyla Yunusun həbsdə saxlanılma müddətlərinin uzadılmasına dair istintaq orqanının vəsatət-təqdimatına, eyni zamanda müdafiə tərəfinin İntiqam Əliyevin və Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətinə Nəsimi rayon Məhkəməsində baxılıb

İ.Əliyevin səhhəti qəfildən (əslində isə səhhətində olan mövcud problemlərin, xüsusilə 2012-ci ildə aldığı kəllə-beyin travmasının qanunauyğun nəticəsi olaraq) korlanmışdır. Belə ki, sağ ayağı tutulmuş, özündən getmə həddinə çatıb. Buna səbəb onun hava çatışmazlığı pis vəziyyətində olan 8-9 nəfərdən ibarət olan konvoy maşınında məhkəməyə gətirilməsi olub.

Faktiki olaraq İ.Əliyevin hava çatışmazlığı olan şəraitdə saxlanılması və məhkəməyə belə avtomaşınla gətirilməsi onun baş-beyin nahiyyəsində olan problemlərinin kəskinləşməsinə səbəb olub (səbəb olmağa davam edəcəkdir). Vəziyyət kritik olduğuna görə tərəfimdən İ.Əliyevlə səhhətinin vəziyyəti ilə bağlı məhhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə vəsatət verilib. Lakin məhkəmə həmin vəsatəti baxılmamış saxlayaraq, müvafiq olaraq istintaq orqanına (AR Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə istitnaq İdarəsinə) göndərib.

Məhkəmə istintaq orqanın İ.Əliyevlə bağlı həbs müddətinin uzadılması barədə vəsatətini təmin edərək, onun barəsində həbs qətimkan tədbirini 08 fevral 2015-ci il tarixə qədər uzadıb. Məhkəmə tərəfimizdən verilmiş İ.Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti isə təmin etməyib.

Apellyasiya şikayətlərə veriləcək. Eyni zamanda İntiqam Əliyevlə (səhhəti ilə bağlı) bağlı tərəfimizdən Bakı İstintaq Təcridxanasının rəhbərliyinə dərhal müvafiq qanuni müraciətlər ediləcək və vəsatətlər veriləcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar