Ermənistan hökumətinin iclasında yeni "rus qalmaqalı"

Baş nazir Elmlər Akademiyasının prezidentini təhqir elədi

Ermənistan hökumətinin iclasında yeni qalmaqal yaşanıb.

ANS PRESS-in məlumatına görə, Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan baş nazirə müraciət edərək Ermənistanda saatların qış vaxtına keçirilib -keçirilməyəcəyi ilə maraqlanıb. Buna cavab olaraq baş nazir Ovik Abramyan kobudluqla onun sözünü kəsib: “Cənab Martirosyan, biz bu gün bu məsələni müzakirə etmirik”.

Daha sonra jurnalistlərlə söhbət edən Radik Martirosyan saatları bir saat dala çəkməklə Moskva ilə eyni vaxta keçməyin daha doğru olduğunu vurğulayıb. “Rusiya ilə istər iqtisadi, istər də informasiya müstəvində çox sayda əlaqələrmiz var. Eyni saat qurşağında işləməyimiz daha məsləhət olardı, indi yenə Rusiya bir saat dala düşəcək”, - deyə Martirosyan vurğulyayıb.

Yəni Avrasiya İttifaqına girməklə səlahiyyətlərinin xeyli hissəsini Moskvaya xəyal etmiş, beləliklə, Rusiyanın for-postu olduğunu qanuni müstəvidə gerçəkləşdirmiş İrəvanın Milli Elmlər Akademiyasının prezidentindən ayrı bir cavab gözləmək olmaz. Amma baş nazir Ovik Abramyanı da başa düşmək olar. Yerli ermənilərin təmsilçisi olan və hakim Qarabağ klanında təmsil olunmayan baş nazir Qərbin potensial adamı sayılır. Bir ara belə fikir yayılmışdı, Qərb Ermənistanı Avrasiya İttifaqına buraxmamaq üçün Oviki hakimiyyətə gətirəcək. Amma bu alınmadı. İndi Ovik hər vəchlə Ermənistanı heç olmazsa saat qurşağında Moskvadan kənar saxlamaq istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar