Azərbaycandan daha iki jurnalist Avropaya köçdü

Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan daha 2 nəfər bu günlərdə mühacirətə gedib.

Modern.az saytının xəbərinə görə, bunlardan biri “Bizim yol” qəzetinin əməkdaşı İdrak Abbasovdur. O, həm də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşıdır. İ.Abbasovun iş yoldaşları onun “Bizim yol”dan getdiyini təsdiqləsələr də, hazırda Avropa ölkələrindən birində olan jurnalistin dəqiq yerini açıqlaya bilməyiblər.

Mühacirətə yollanan digər jurnalist bir müddət öncə bağlanan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, eyni zamanda “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinlidir. Dostları onun da Avropa ölkələrindən birinə mühacirət etdiyini söyləyiblər.

Qeyd edək ki, dünən “Azadlıq” radiosunun Bakı bürosunun iki əməkdaşı – Abbas Atilay və Maarif Çingizoğlunun da Avropaya mühacirətə getdiyi barədə xəbər vermişdik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar