Baş nazirin müavini: "Dələduzların sayı artıb"

“Dələduzluq edərək məcburi köçkünlərə saxta ev sənədləri verən şəxslərin sayı artıb. Məcburi köçkünlər bu məsələdə çox diqqətli olmalıdırlar”.

Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

O qeyd edib ki, komitə tərəfindən bir neçə ay əvvəl məcburi köçkünlər Bakıda, eləcə də digər şəhər və rayonlarda saxta ev sənədləri hazırlayan dələduzların olması barədə xəbərdar ediliblər.” Onlara belə şəxslərdən özlərini qorumaları tövsiyə olunub. Bundan sonra Ağdam sakinləri aldanmaları ilə bağlı bizə müraciət etdilər. Mən bu məsələnin həllinə kömək göstərilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubov ilə danışdım və dərhal işin araşdırılmasına başlanıldı. Hazırda dələduzluq edərək məcburi köçkünlərin pulunu mənimsəyən həmin köçkün qadın saxlanılıb və istintaq davam edir".

Baş nazirin müavini bəzi məcburi köçkünlərin hələ də belə xoşagəlməz hadisələrdən nəticə çıxarmamalarını təəssüf hissi ilə qeyd edib. /AzərTAc

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar