DİN-dən iki ukraynalı siyasətçinin axtarışa verilməsi iddiasına cavab

“Bəzi mətbuat orqanlarının Ukrayna mənbələrinə istinadən guya iki ukraynalı siyasətçinin uşaqbazlığa (pedofiliyaya) görə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsi barədə yaydığı xəbər tamamilə yanlışdır və həqiqəti əks etdirmir”.

Bunu virtualaz.org saytının ukraynalı siyasətçilərə qarşı uşaqbazlıq ittihamı ilə bağlı sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

DİN sözçüsü bildirib ki, bir müddət öncə bu iki siyasətçi barədə Azərbaycanın Ucar Rayon Prokurorluğunda cinayət işi qaldırılması ilə bağlı da mətbuatda həqiqətdən tam uzaq informasiyalar getmişdi: “O zaman Baş Prokurorluq müvafiq araşdırmalar apardıqdan sonra bu məlumatı rəsmi olaraq təkzib etmişdi. Hətta təkzibin bir nüsxəsi ilk dəfə bu uydurma xəbəri yayan foxtime.ru saytına da göndərilmişdi.

Təəssüf ki, əsassız və uydurma olduğu rəsmən elan edilmiş bu xəbər yenidən mətbuata yol tapa bilib. Ona görə də bir daha tam əminliklə bildirmək istəyirəm ki, iki ukraynalı siyasətçi barədə ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılması və onların İnterpol xəttilə bizim tərəfimizdən beynəlxalq axtarışa verilməsi ilə bağlı dolaşan məlumatlar kökündən yanlışdır, əsassızdır və uydurmadır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar