Bakıda dostunu öldürən tələbəyə 9 İL HƏBS CƏZASI 

Turme 2Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Yusif Ələkbərzadənin cinayət işi üzrə hökm oxunub.

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Y.Ələkbərova 9 il azadlıqdan mərhum etmə cəzası verilib.

****

13:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Yusif Ələkbərzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Yusif Ələkbərzadənin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses günün ikinci yarısında təqsirləndirilən şəxsin vəkilinin çıxışı ilə davam etdiriləcək.

Qeyd edək ki, Yusif Ələkbərzadə bu ilin iyunun 5-də Bakıxanov qəsəbəsində, 96 saylı məktəbin həyətində dostu, 1992-ci il təvəllüdlü Elçin Abbasovu bıçaqlayaraq qətlə yetirib. Yusif Ələkbərzadə Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsidir. Elçin Abbasov isə tibb avadanlıqlarının satışı ilə məşğul olurmuş.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar