"Nəqliyyat müfəttişləri" iş adamının 5 min manatını qaçırdılar

Keçmiş deputat Nazim Məmmədovun iş adamı olan qardaşı bu gün soyğunçuluqla üzləşib. Bu barədə N.Məmmədov özü məlumat yayıb. Sabiq deputat deyib ki, Tovuzda yaşayan qardaşı Tovuzdan Bakıya qohumlarının toyunda iştirak etmək üçün gəlib. O, "Mersedes-Vita" markalı avtomobili ilə geri qayıdanda Lökbatan dairəsində dayanıb, içməyə su alıb, yerinə əyləşəndə bir nəfər onun yanina oturub, hara getdiyini soruşub, "Tovuza" cavabı alınca onu da o istiqamətə aparmağı xahiş edib. Sürücü "yox" cavabı versə də, həmin adam maşının saxlanc qutusunda onun sənədlərini və 5 min manat pulunu götürərək qaçıb.

N.Məmmədov bildirir ki, qardaşına qarşı bu aşkar soyğunçulu edənlər 3-4 nəfər olublar. Onları yaxınlıqdakı polislər də görüb. Polislər bu olayaq qarışmaq istməyərək deyiblər ki, o şəxslər nəqliyyat müfəttişləridir və polislər onların işinə qarışmırlar, ən yaxşısı DİN-in 102 xidmətinə zəng etməkdir.

N.Məmmədov qeyd edir ki, o, bu olayla bağlı nəqliyyat nazirinin müavininə, DİN-ə zəng edərək xəbər verib, bu biabırçılığın araşdırılmasını istəyib: "Hazırda qardaşım Qaradağ polisində izahat yazır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar