Obama Ebolaya yoluxan qızla qucaqlaşdı - Foto

26 yaşlı virus qurbanı ABŞ prezidenti ilə görüşdü

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Ebola virusuna yoluxan və bu xəstəlikdən qurtulan tibb bacısı ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama ötən gün Ağ Evdə Liberiyada Eboladan əziyyət çəkən xəstələrlə təmasda olarkən virusa yoluxub daha sonra sağalan tibb bacısını qəbul edib.

Görüşdə sadəcə şəkil çəkilməsinə icazə verilib. Prezident sağalan tibb bacısı Nina Famı qəbul edərkən onu qucaqlayıb. Ağ Evin sözçüsü Coş Ernest hazırda həmin tibb bacısının virusdan tamamilə xilas olduğunu və hər hansısa bir risk təşkil ermədiyini bildirib.

Xatırladaq ki, 26 yaşlı tibb bacısı Nina Fam Milli Səhiyyə İnstitutunun təcridxanasına müalicə edilib. O, ABŞ-da qorxulu virusa yoluxan ikinci şəxs idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar