İCRA BAŞÇISI VASİF TALIBOVUN QƏZƏBİNƏ GƏLDİ - Şərur İcra Hakimiyyətində nə baş verib?

Hər zaman qəbul etdiyi sərt qərarlarla ictimaiyyətin diqqətini çəkən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun bir neçə gün bundan əvvəl Şərur rayon icra hakimiyyəti başçısının 4 müavinini işdən çıxarması, icra başçısı ilə bağlı isə Preziden Adminstrasiyasına təqdimat göndərməsi xəbəri yayılmışdı.

Müxtəlif sosial şəbəkələrdə, internet portallarda yayılan xəbərlə bağlı "Ucnoqta.az”ın əməkdaşı araşdırma aparıb və maraqlı faktlar əldə edib.

Belə ki, Şərur rayonunda bir neçə müəssisənin açılışında iştirak edən Nax MR Ali məclisinin sədri Vasif Talıbov orada yerli camaatın problemləri ilə maraqlanıb. Bu zaman Vasib Talıbova icra hakimi və onun müavinləri ilə bağlı çoxlu şikayətlər bildirilib.

Rayon əhalisi, bildirib ki, icra başçısı və onun müavinləri sakinləri qəbul etmir, onların problemləri ilə maraqlanmır.

Sakinlərin şikayətlərini diqqətlə dinləyən Vasif Talıbov onlara lazımi tədbirlərin görüləcəyini bildirib.

Daha sonra Şərurdan Ali Məclisə qayıdan Vasif Talıbov dərhal icra hakiminin 4 müavinini işdən azd edib. İşdən azad olunan müavinlər Rövşən Bağırov, Kamil İskəndərli, Ələddin Məmmədov və Minurə Hüseynlidir.

Ali Məclis sədri icra başçısı İbrahim Məmmədova sərt xəbərdarlıq edərək, onun işdən azad olunması üçün PA-a təqdimat da yazıb.

Artıq Vasif Talıbov icra başçısına yeni müavin də təyin edib. Bu Şərur rayon MSK-nın sədri Kamal Ələkbərovdur.

Qeyd edək ki, məlumatları Nax MR Ali Məclisinin mətbuat xidmətindən təsdiqləsələr də, əlavə məlumat verilməyəcəyini bildiriblər.

AzPolitika.info-ya daxil olan məlumatlarda isə, Şərur İcra Hakimiyyətində baş verən "silkələnmənin" səbəbi bir qədər fərqli izah olunur. Məlumata görə, Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun Vasif Talıbovun qəzəbinə tuş gəlməsində Ali Məclis sədrinin müavini Azər Zeynalovun da böyük rolu olub. Belə ki, Azər Zeynalov Şərurda yerləşən "Karvan" adlı restoranında əlavə tikinti aparmaq istəyərkən, icra başçısının müqaviməti ilə üzləşib. Bunun üstündə icra başçısı ilə Ali Məclis sədrinin müavini arasında sərt telefon danışığı olub. Bu hadisədən az sonra Azər Zeynalovun iştirakı ilə Şərur İcra Hakimiyyətində müşavirə keçirilib, icra başçısının müavinləri konkret faktlar əsasında rüşvət almaqda ittiham olunaraq, vəzifələrindən azad olunublar. Həmin vaxt icra başçısı İbrahim Məmmədov Cənubi Koreyada məzuniyyətdə olub.

Rayonda hamı danışır ki, İbrahim Məmmədovun özü də yaxın vaxtlarda işdən azad olunacaq. Deyilənlərə inansaq, bu, hüquq-mühafizə orqanlarında aparılan bəzi araşdırmalardan sonra reallaşacaq. Hətta bizə verilən məlumata görə, icra başçısının keçmiş birinci müavini Rövşən Bağırov barəsində cinayət işi də açılıb. Onu icra başçısının "qara kassası" adlandıranlar da var...

Qeyd edək ki, İbrahim Məmmədov Vasif Talıbovla eyni kənddəndir və deyilənə görə uzaq qohumluq əlaqələri də var.

Yeri gəlmişkən, bizə verilən məlumata görə, YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev də rəhbərliyin qəzəbinə tuş gələnlər sırasındadır. 

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar