Azərbaycana dair proqnoz dünyada nefti bir az da ucuzlaşdırdı

ABŞ-ın “Goldman Sachs Group” şirkətinin analitiklərinin neft hasilatına dair verdikləri proqnoz dünya birjalarında neftin daha da ucuzlaşmasına səbəb olub.

Virtualaz.org saytı xəbər verir ki, şirkətin analitikləri 2015-ci ildə OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatının artacağını, beləliklə də bazarlara daha çox neftin çıxarılacağını proqnozlaşdırıblar.

Proqnoza görə, gələn il Şimali Amerika hüdudlarından kənarda yerləşən ölkələrdə, o cümlədən Braziliya və Azərbaycanda neft hasilatı artacaq.

Nəticədə dünya bazarında neftə olan tələb təklifdən geri qalacaq, bu da qiymətlərin daha da ucuzlaşmasına səbəb olacaq.

Ancaq qiymətlər “Goldman Sachs Group”analitiklərinin proqnozlaşdırdığı kimi, hasilatın artmasının baş verməsini gözləmədən aşağı enib. Bugünkü hərraclarda London birjasında “Brent” markalı neft 0-5 faiz ucuzlaşaraq 85,89 dollara enib. Nyu-York birjasında isə WTI markalı neftin qiyməti 81 dollara qədər geriləyib.

Proqnozlara görə, son iki ayda başlamış ucuzlaşma tendensiyası yavaş da olsa davam edəcək.

“Newedge Group”dan analitik Kena Haseqava deyib ki, OPEC hasilatı azaltmaq barədə qərar qəbul etməyənə qədər qiymətlər aşağı enməkdə davam edəcək. Onun fikrincə, dünya bazarlarında qiymətlərin necə dəyişəcəyi OPEC-in gələn ay keçiriləcək toplantısında qəbul edilən qərarlardan asılı olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar