“Coca Cola”nın 128 ildir qorunan sirri açıqlandı

Məşhur içkinin tərkibi məlum oldu.

Amerika qaynaqlı “Thisamericanlife.org” adlı sayt “Coca-Cola”nın hazırlanma mexanizmini bildiklərini açıqlayıb və məhsulun məzmunundakı maddələri nəşr edib.

Bu zamana qədər sirr olaraq qalan düstur 1886-cı ildə kimyaçı Con Pemberton tərəfindən tapılıb. İlk olaraq eyni il Atlantada satılmağa başlanan içki, daha sonra dünyada 200 ölkədə satışa çıxarılıb.

“Coca-Cola”nın hazırlanma düsturu hazırda ABŞ-ın Corciya ştatının Atlanta şəhərində 24 saat boyunca qorunan bir zirzəmidə saxlanılır.

Saytın yayımladığı tərkib belədir: limon turşusu 84.9 qram, kafein 28.3 qram, şəkər 30 (miqdarı müəyyən deyil), su: 9.5 litr, yaşıl limon suyu 0.94 litr, vanil 28.3 qram, karamel 42.5 qram.

Siropu üçün spirt 226.4 qram, portağal yağı 20 damla, limon yağı 30 damla, Hindistan qozu yağı 10 damla, keşniş 5 damla, portağal çiçəyi yağı 10 damla.  /Modern.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar