Rusiyadan azərbaycanlıların kütləvi deportasiyası başlayıb

Sərhəd Xidmətində soydaşlarımızın pasportlarına deportasiya möhürü vurulur

Rusiyanın Sərhəd Xidməti bu ölkədən çıxan əksər soydaşlarımızın pasportlarına geri qayıtmalarını əngəlləyən möhür vurur. Bu barədə əmrin ölkə rəhbərliyi səviyyəsində verildiyi bildirilir. Bununla da Rusiyada çalışan azərbaycanlılara qarşı dövlət səviyyəsində təqib siyasəti davam etdirilir.

Rusiya cəmiyyətində miqrantlara, xüsusən də azərbaycanlılara qarşı aqressiya var. Əhalinin böyük əksəriyyəti gəlmələrə kin bəsləyir, onların ölkədən qovulmasının tərəfdarıdır.

Sərhəd Xidmətində Rusiyadan çıxan azərbaycanlıların pasportlarına geri qayıtmalarını əngəlləyən möhür vurulması ilə bağlı fikirlərini bölüşən Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev azadlıq.info-ya aşıqlamasında baş verənləri orada aparılan miqrasiya siyasətinin davamı kimi qiymətləndirir. Ekspertin sözlərinə görə, o adamların pasportlarına möhür vurulur ki, onlar nə vaxtsa Rusiyada qanunsuz yaşayıblar: “Yəni, bu, kütləvi hal deyil. Rusiya müvəqqəti olaraq orada yaşayan insanların yenidən ölkəyə qayıtmasına icazə vermir. Təəssüf ki, Rusiya bununla insan hüquq və azadlıqlarını kobud surətdə pozur. Çünki ölkədən insanların kütləvi şəkildə deportasiyası, əslində, cəzadır. Bu, vətəndaşların özünə xəbərdarlıq edilmədən həyata keçirilən cəzadır”.

Ekspert hesab edir ki, Azərbaycan hökuməti bu məsələyə mütləq münasibət bildirməlidir. Çünki vətəndaşların xəbəri olmadan onların hansısa cəzaya məruz qalması yolverilməzdir. Ə.Əliyevin sözlərinə görə, deportasiya inzibati məsuliyyətdir. Bu, şəxsin özünün ölkədən xəbəri olmadan çıxarılması barədə qərarın qəbuludur. Bu məsələ Azərbaycanda məhkəmələrin səlahiyyətinə aid olan məsələdir.

Ekspert onu da qeyd edir ki, vətəndaşların ölkədən çıxarılması barədə qərarlar bir qayda olaraq, məhkəmələr tərəfindən qəbul olunmalıdır: “Təəssüf ki, sərhəd qoşunları insanların keçmişinə kompüterdə baxıb kiminsə ölkədə qanunsuz qaldığını müəyyən edərək, onların yenidən Rusiyaya qayıtmasına qadağa qoyur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar