Zakir Həsənov Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsini ləğv etdi

Bundan sonra bütün bu işlərə nazirin tikinti işləri üzrə müavini kimi polkovnik-leytenant Zakir Niftəliyev rəhbərlik edəcək

“Müdafiə nazirinin əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilmiş general-mayor Heydər Priyev dünən kollektivə təqdim edilib”.

Virtualaz.org xəbər verir ki, məlumatı hərbi ekspert Üzeyir Cəfərov yayıb.

Onun sözlərinə görə, təqdimatı ordudan tərxis olunmaq üçün nazirə rəsmi müraciət ünvanlamış general-leytenant Çingiz Məmmədov həyata keçirib. O, müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və bildirib ki, general-mayor Heydər Priyev məktəb rəisinin vəzifələrini müvəqqəti olaraq icra edəcək.

Ü.Cəfərov qeyd edib ki, bu vəzifəyə təyinat Azərbaycan prezidentinin səlahiyyətlərində olduğuna görə, yaxın zamanlarda bu haqda sərəncamın imzalanacağı gözlənilir.

Hərbi ekspert nazirin həyata keçirdiyi yeni dəyişiklik haqda da məlumat verib: “Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi (Mİİ) ləğv edilib və bu idarənin funksiyalarını yeni yaradılmış qurum həyata keçirəcək. Bundan sonra bütün bu işlərə nazirin tikinti işləri üzrə müavini kimi polkovnik-leytenant Zakir Niftəliyev rəhbərlik edəcək”.

Qeyd edək ki, Zakir Niftəliyev bundan əvvəl Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar