SOCAR "Rosneft"lə birlikdə NEZ tikmək niyyətində deyil - Hökumətdəki mənbə

Bakıda "Rosneft" rəhbəri İqor Seçinlə neft emalı sahəsində heç bir konkret investisiya layihəsi, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin Kuban NZS-in tikintisi layihəsində iştirakı haqqında layihə müzakirə edilməyib. Bu barədə Azərbaycan hökumətində yanacaq-energetika sektoruna aid məsələlərlə məşğul olan mənbə Turan-ın müxbiri ilə söhbətində bildirib.

Turan agentliyinin energetika naziri Natiq Əliyevin nəyə əsaslanaraq belə bir bəyanat verdiyi barədə sualına cavabda hökumət nümayəndəsi bildirib ki, "nazir özü TASS müxbirinə etiraf edib ki, "Rosneft" rəhbərinin Bakıdakı danışıqlarının nəticələri barədə məlumatı yoxdur, lakin öz ehtimallarını əlav edib. Çox güman ki, KİV artıq bunu görüşün yekunu kimi təqdim edib".

Turan-ın həmsöhbəti bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti həqiqətən də hələ 2013-cü ilin avqustundan "Rosneft"lə neft nəqli və neft emalı sahəsində əməkdaşlığın müxtəlif variantlarına baxırdı. Lakin birinci variantda bu, Rusiya neftinin Bakı-Novorossiysk boru kəməri ilə revers nəqlinə və artıq neft həcminin Bakı NEZ-lərində emalına aid idi. SOCAR-ın neft hasilatı azaldığına görə tezliklə yerli NEZ-lərin xammalla dolması məsələsi gündəliyə gələcək ("Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz"dən çıxan kondensat tamamilə ixraca gedir).

Öz növbəsində. SOCAR-ın İnvestisiyalar İdarəsindən Turan-a bildiriblər ki, kiçik NEZ-lərin tikintisi kommersiya cəhətdən sərfəli deyil. Böyük NEZ-lərə gəlincə, hazırda Dövlət Neft Şirkətinin belə bir zavod tikmək planı yoxdur. "Biz hazırda Türkiyədə ildə 10 mln. ton gücü olan NEZ tikirik və bu, bizim emal sahəsində strateji layihəmizdir, hətta Azərbaycanda belə yaxın illərdə yeni NEZ tikintisi nəzərdə tutulmur, yalnız gələcəkdə bu, geniş miqyaslı Qaradağ Neft-Kimya və Neft Emalı Kompleksi layihəsinin bir hissəsi olacaq", deyə SOCAR-dan açıqlama veriblər.

* Turan-da olan məlumata görə, 2014-cü ilin yanvar-sentyabr aylarında SOCAR Novorossiysk limanından 762 582 ton neft alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 42,6% azdır. Cari ildə alış həcminin 1 mln. ton olacağı gözlənilir (2013-cü ildə 1,75 mln. ton).

** 2013-cü ildə "Rosneft" 206 mln. ton neft hasil edib, emal həcmi 90 mln. ton təşkil edib. Şirkətin Rusiyada 9 NEZ-i var. Energetika Nazirliyinin məlumatına görə, hazırda RF-də ilkin neft xammalı emalı gücü ildə 299 mln. ton təşkil edən 68 NEZ var.

Krasnodar əyalətinin Sənaye və Energetika Nazirliyinin məlumatına görə, 2014-cü ildə Kubanda neft və neft məhsullarının emal həcmi 30% artaraq, ildə 19,5 mln. ton təşkil etməlidir. 2013-cü ildə 2012-ci il ilə müqayisədə neft emalı həcmi 13% artaraq, 15 mln. tona çatıb.

Bu gün Krasnodar əyalətində beş NEZ fəaliyyət göstərir. Onlardan ən böyüyü ildə 15 mln. ton neft gücü olan Tuapinski NEZ-dir. Həmçinin, hazırda Afipski NEZ-in müasirləşdirilməsi həyata keçirilir, bunun nəticəsində zavod illik emal gücünü 6 mln. tona qədər artıracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar