Bakıda yeni ilin gəlişi ilə əlaqədar bayram yarmarkaları keçiriləcək

Kənd Təsərüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC dekabrın 20-30-da Bakının müxtəlif ərazilərində kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkil edilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 17-si, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 25-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı təqdim edə bilərlər. Telefon: (012) 599-86-74.

Tenderin nəticəsi noyabrın 26-da, saat 11:00-da Portalda açıqlanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar