Şəhid bacısı 28 ildən sonra doğulub böyüdüyü Ağdama səfər edib - VİDEO

Niderland Krallığında yaşayan şəhid bacısı İlkanə Qoca 28 ildən sonra doğulub böyüdüyü Ağdam rayonuna səfər edib.

O, “Facebook” profilində canlı yayım açaraq, səfərin təşkilinə görə Prezident İlham Əliyevə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

Qeyd edək ki, İlkanə Qocanın qardaşı Teymur Qoca oğlu Yusifov Birinci Qarabağ müharibəsində itkin düşüb. Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra Teymur Yusifovun şəhid olduğu bəlli olub.

İlkanə Qoca “Diaspor TV”-yə müsahibəsində ( https://www.youtube.com/watch?v=l1mGg4z15eU) Ağdama getmək və qardaşının şəhid olduğu yeri ziyarət etmək istədiyini bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar