“Məclisin bəyanatı Mərkəzi-Nəzarət Təftiş Komissiyasına təzyiqdir”- Qubad İbadoğlu

“Mərkəzi-Nəzarət Təftiş Komissiyasının bizim müraciətimiz əsasında qurultaya qədər təşkilat komitəsinin işində, qurultay günü isə səsvermə prosedurlarındakı pozuntulara dair araşdırması başa çatmadan və rəyi açıqlanmadan Müsavat Məclisi siyasi bəyanat verməli deyildi”. Bunu APA-ya açıqlamasında Müsavat Məclisinin bugünkü bəyantına münasibət bildirən keçmiş başqanlığa namizəd Qubad İbadoğlu deyib.

Q. İbadoğlu bildirib ki, Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) aradırması bitmədən qurultaydan sonrakı ilk Məclisdəki çıxışlar və bəyanat yalnız bir qrupun mövqeyini ifadə edir: “ Odur ki, bu açıqlamaları və bəyanatı MNTK-nın işinə təzyiq kimi qiymətləndirirəm”.

Qeyd edək ki, bu gün Müsavat Məclisinin qəbul etdiyi bəyanatda Qubad İbadoğlunun və tərəfdarlarının qurultaydan sonrakı çıxışları “əsassız iddialar” adlandırıb və bu cür çıxışların dayandırılması tələb olunub: “Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan qurultayın qərarlarını sayğısızlıq və Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir. Müsavat Partiyasının Məclisi həmçinin qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir. Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır”.

Qeyd edək ki, Müsavat Partiyasının sonuncu qurultayında Arif Hacılı başqan seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar