Cəmil Həsənlinin BDU-da işləyən qohumu danışdı

Dünən Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin Bakı Dövlət Universitetinin tarix fakültəsində işləyən qohumu Nəsimi Rzayev işdən çıxarılması xəbəri yayıldı. Onun işdən çıxarılmasının səbəbinin  C.Həsənlinin siyasi mövqeyi ilə bağlı olduğu bildirilirdi. Bu barədə məlumat verən mənbənin bildirdiyinə görə, N.Rzayevin qanunsuz işdən azad edilməsindən fakültənin müəllimləri narazı qalıb, etiraz ediblər, ancaq fakültənin dekanı göstərişin yuxarıdan gəldiyini bildirib.”Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayevsə mətbuata açıqlamasında Nəsimi Adiloğlunun (Rzayevin) işdən azad edilməsi xəbərinin yanlış olduğunu bildirib: "Fakültənin dekanı mənəm, müəllim işdən çıxarılır və mənim heç nədən xəbərim yoxdur? Ortada heç bir rəsmi sənəd, şikayət yoxdur. Ona görə də heç bir işdən çıxarılmadan söhbət gedə bilməz.”

Sayt xəbəri dəqiqləşdirmək üçün səbəbkarın özü ilə - Nəsimi Adiloğlu ilə əlaqə saxlayıb. N. Adiloğlu prorektorun onunla profilaktik söhbət aparsa da nəzərdə tutduqları üzrxahlıq etmədiyini bildirib:“Dünən prorektor məni yanına çağırdı. Məndən öncə də prorektor kafedra müdirimi çağırıb dərslərimi almaq əmri vermişdi. Sonra mən prorektorla görüşdüm, onlar mənim hansısa səbəblərə görə rəhbərlikdən xahiş edib üzr istəməyimi gözləyirdilər. Ən azından kafedra müdirinin danışıqlarından belə anladım. Prorektor mənə universitet ailəsinə zidd olan davranışlarımın olduğunu, universitetə baş aşağılığı gətirən söhbətlər etdiyimi dedi. Guya mən hökumət əleyhinə fikirlər səsləndirmişəm. Bir daha davranışlarımın təkrarlanmayacağı barədə söz verməyimi gözləyirdilər. Təbii ki, mən də bunların heç birini etmədim. Əslində mənə qarşı bu addımı çoxdan gözləyirdim. Hətta “prorektor səni çağırır” sözünü eşidəndə “hələ bir az gecikiblər” dedim. Yəni Cəmil Həsənlinin qohumu olmağımın burda başlıca faktor olduğu açıq-aşkar görünür".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar