Cahangir Hacıyev məhkəməyə verilib- «NBC Bank» ASC ödədyi pulu tələb edir

Azərbaycan Beynəlxalq Bankının 100 faiz payına sahibi olduğu və bir milyon beş yüz min manatlıq nizamnamə kapitalı olan "Azərikard” MMC və onun rəhbəri «NBC Bank» ASC tərəfindən məhkəməyə verilib. Mia.az xəbər verir ki, buna səbəb «Azərikard» MMC-nin iddiaçı bankın müqavilə üzrə öhdəliklərinə keyfiyyətli xidmət göstərməməsi və bununla bağlı yaranmış problemlərdir. Saytın xəbərinə görə, məhz bu səbəbdən «NBC Bank» ASC-nin rəhbərliyi "Azərikard” MMC-ni məhkəməyə verərək, bağlanan müqavilənin ləğv edilməsi və Cahangir Hacıyevə məxsus şirkətə ödədikləri vəsaitlərin geri ödənilməsini tələb edir.

Məlumata görə, bankın MMC-yə qarşı məhkəməsinə artıq birinci məhkəmə instansiyasında baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsindədir: «Bu məhkəmədə hakim Valeh Acayevin sədrliyi ilə Azərbaycan Beynəlxalq Bankının 100 faiz payına sahibi olducu "Azərikard” MMC və onun rəhbərinə qarşı «NBC Bank» ASC-ın şikayətinə baxılacaq. Hakim şikayət üzrə bu günə iclas saatı təyin edib».

Onu da qeyd edək ki, «Azərikard» MMC Azərbaycanda MasterCard, Visa, American Express və Diners Club Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda «AzəriKard» Azərbaycanda, eləcə də onun hüdudları kənarında 30 banka prossesinq xidməti göstərir, onlardan 28-i Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. AzeriKard kontaktsız bank mikroprosessor kartı vasitəsilə ictimai nəqliyyatda gediş haqqının, telefon şirkətlərinin xidmət haqqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərinin ödənişini, Mobil və İnternet Bankçılıq, nəğdsiz şəkildə bir kartdan digər karta pul köçürmələri, bankomat vasitəsilə sığorta haqqlarının ödənişini, həmçinin depozit ödənişini, cürbəcür loyal proqramlar, müxtəlif valyuta kartları və s. kimi yeni, müasir, yüksək texnologiyalı layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur. Bu gün AzeriKard sistemində 2.000.000 bank kartlarına, 1.500 bankomat və 30.000-ə yaxın elektron terminallarına xidmət göstərilir.

«Azərikard» MMC-nin xidmət göstərdiyi banklar arasında ölkəmizin ən nüfuzlu banklarının da olduğu sirr deyil. Ümumiyyətlə, bu MMC haqqında cəmiyyətdə maraqlı söhbətlər dolaşır. Bu və ya digər məsələlərlə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar