Prezident Leyla Yunusun taleyi ilə maraqlanacaq

Parisdə Fransa və Azərbaycan prezidentlərinin təkbətək görüşündə Fransua Oland Azərbaycanda insan hüquqları məsələsini qaldırıb.

Bazar ertəsi axşam Yelisey Sarayının nümayəndəsi bildirib ki, İ.Əliyevlə söhbət zamanı F.Oland həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsinə toxunub. O 2014-cü il iyulun sonlarında Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq həbs edilib.

Azərbaycan prezidenti L.Yunusun taleyi ilə maraqlanacağını deyib. Bu haqda "France press" agentliyi məlumat yayıb.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar