Ədalət Şükürov Qara Qarayevi tanımayıb - Aparıcıya isə uzunqulaq deyib

Əməkdar artist Adil İsgəndərov, Fazil Salayev, Məlik Dadaşovun şəkillərinə baxsa da, onların da kimliyini söyləyə bilməyib

Əməkdar artist Ədalət Şükürov ATV-də yayımlanan “Qonaq gəl bizə” verilişinin qonağı olub. Verilişin formatına uyğun olaraq, müğənniyə dahi sənətkarlarımızın şəkilləri göstərilib və adları soruşulub.

Ə.Şükürov aktyorlar Adil İsgəndərov, Fazil Salayev, Məlik Dadaşovun şəkillərinə baxsa da, onların kimliyini söyləyə bilməyib. Ən maraqlısı isə, əməkdar artist dahi bəstəkar Qara Qarayevi tanımayıb.

Əməkdar artistin böyük sənətkarı tanımaması mətbuatda ciddi müzakirə mövzusuna çevrilib və onu milli musiqiyə aidiyyatı olmamaqda ittiham ediblər.

Editor.az-a danışan Ədalət Şükürov bildirib ki, hadisə belə olmayıb: “Mənə Qara Qarayevin şəklini göstərdilər. Dedim, səhv etmirəmsə, bu Qara Qarayevdir. Burada nə ayıb şey var ki? 18 yaşımdan Azərbaycanı tərk etmişəm. Rusiyada, Sankt-Peterburq şəhərində yaşamışam. Ola bilər ki, hansısa azərbaycanlı sənətkarı üzdən tanımayım. Mən həmin jurnalistlərə rus sənətkarların şəkillərini göstərsəm, onlar da tanımayacaqlar. Bu adamlar uzunqulaqdılar. Hər şeyi qara rəngdə görürlər, ona görə də qara gündədirlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar