Milli Məclisdə Qərbin ünvanına yeni ittihamlar

Azərbaycan parlamenti ikili standartlar siyasətinə son qoyulması tələbilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə müraciət etməlidir. Turan-ın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasında hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov bildirib.

“Ukraynada səsvermənin nəticələrinin açıqlanmasını gözləmədən ABŞ seçkiləri azad, ədalətli və açıq adlandırıb. Ağ Ev administrasiyası Krımın Ukraynaya qaytarılmasında Kiyevə yardım göstərməyə hazır olduğunu bəyan edib”, - Novruzov bildirib.

Eyni zamanda son 20 ildə Vaşinqton bir dəfə də olsa BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ üzrə qətnamələrinin icrasının vacibliyi barədə danışmayıb.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə turist kimi gəlirlər. Bu, münaqişənin həllinə seçmə yanaşmadır və bu, yolverilməzdir. Ikili standartlar yolverilməzdir ", - S.Novruzov bildirib.

Millət vəkili Aydın Mirzəzadə onu dəstəkləyib. O, Xankəndidə iki kəlbəcərlinin məhkəməsinə həmsədr ölkələrin reaksiyasının olmamasından hiddətlənib. “Rusiya, ABŞ və Fransa XİN bu tamaşanı pisləməlidir”, - A.Mirzəzadə vurğulayıb.

Qənirə Paşayeva bildirib ki, insan hüquqlarının pozulmasının yolverilməzliyini bəyan edən Avropa Şurası iki kəlbəcərlinin “məhkəmə şousu”na məhəl qoymur. O, Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinin Avropa İşgəncələr Əleyhinə Komitəsinin qarşısında qaldırılmasını təklif edib.

Öz növbəsində deputat İqbal Ağazadə bildirib ki, İ.Quliyevin və D.Əsgərovun vəkili kimi çıxış etməyə hazırdır.

Lakin vitse-spiker Bahar Muradova bildirib ki, Azərbaycan nümayəndələrinin Dağlıq Qarabağda bu şouda hər hansı iştirakından söhbət belə gedə bilməz.

Milli Məclisin spikeri Oqtay Əsədov deputatları qərb ölkələrinin ikili standartlar siyasətinin izlənməsində “sayıq olmağa”və bəzi dövlətlərin qərəzli siyastindən yüksəkdə durmağa” çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar