“Mən heç vaxt siyasətlə məşğul olmamışam” - Rüstəm İbrahimbəyov

“Hazırda kinorejissor kimi öz işimlə məşğulam. Heç vaxt siyasətlə məşğul olmamışam". Bunu APA-ya açıqlamasında kinorejissor Rüstəm İbrahimbəyov deyib.

R. İbrahimbəyov bildirib ki, sadəcə, bir vətəndaş kimi öz fikirlərini bölüşüb: "Yalnız bir dəfə vəziyyət belə yaranıb ki, prezidentliyə namizədliyimi irəli sürməyə məcbur olmuşam. Bundan əvvəl və bundan sonra da heç vaxt siyasətlə məşğul olmamışam”.

O, bununla belə Milli Şuranın fəxri sədri kimi qaldığını da deyib.

R. İbrahimbətov hələlik Azərbaycana qayıtmayacağını da bildirib: “İndi Moskvada aeroportdayam, işlərimlə əlaqədar ABŞ-a gedirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar