İŞİD-in azərbaycanlı döyüşçüsü öldürüldü

42 yaşlı Abdul Vahid Tərtər sakini olub

Suriyada döyüşən İŞİD terror qruplaşmasının üzvü olan azərbaycanlı öldürülüb.

Bu barədə sosial şəbəkədə məlumat yer alıb. 42 yaşlı azərbaycanlı Abdul Vahid adı ilə tanınıb. O, başından vurulub. Həmin şəxsin Tərtər rayonundan olduğu vurğulanıb.

ANS PRESS-in bölgə müxbiri belə bir faktın baş verdiyini təsdiqləyib.

Belə ki, 42 yaşlı Tərtər rayon sakini bir müddət əvvəl Suriyaya döyüşə gedib.

Rayon polis şöbəsi və prokurorluğundan isə onlara bu barədə heç bir məlumat daxil olmadığı bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar