Pərviz Həşimlini həbs müddəti uzadılıb - Fotolar- Yenilənib

Bu gün Səbail Rayon Məhkəməsində “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının vəsatətinə baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, həbs müddəti 3 ay uzadılıb.

-----

Tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin Səbayil Rayon Məhkəməsində həbs edilən zaman ona qarşı zorakılıq hallarının baş verməsi haqda verilmiş şikayətinə baxılır. Reportyorumuzun verdiyi məlumata görə, P.Həşimli bu dəfə də qaramaskalılar tərəfindən məhkəməyə gətirilib. Məhkəmə binası önündə onun həyat yoldaşı, qızı və yaxınları toplaşıb.

Musavat.com-un bildirdiyinə görə, proses qapalı keçirildiyi üçün içəri heç kim buraxılmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar