Dubay: ictimai nəqliyyatdan istifadə edənlərə qızıl külçə mükafatı

[caption id="attachment_65368" align="alignleft" width="300"] Dubayda yol tıxacları adi haldır.[/caption]

Əhalini ictimai nəqliyyatdan istifadə etməyə həvəsləndirmək məqsədilə Dubayın nəqliyyat hakimiyyəti daimi bilet sahibləri arasında lotereya keçirəcək.

Beləliklə, fərdi avtomobildən imtina edib ictimai nəqliyyatı seçən Dubay sakinləri qızıl külçə qazana bilərlər.

Təşəbbüs nəqliyyat hakimiyyəti tərəfindən irəli sürülüb, Gulf News agentliyi bildirir.

Dubay əhalisnin yalnız 13 faizi ictimai nəqliyyatdan istifadə edir. Burada hər bir ailə orta hesabla 2,3 avtomobilə malikdir.

Lotereyanın əsas mükafatı 4 kiloqram çəkidə qızıl külçəsidir. Hərçənd ki, onunla yanaşı başqa mükafatlar da təsis olunub. Pul ekvivalentində lotereyanın mükafat fondu 272 000 dollar təşkil edir.

Lotereya noyabrın 1-də keçən nəqliyyat bayramı ərəfəsində elan olunub.

Bayram şənliklərində məşhur basketbolçu Kareem Abdul-Jabbarın iştirak edəcəyi bildirilir. O, avtobus dayanacağı yaxınlığında təşkil ediləcək basketbol oyununa qatılmalıdır. Oyun qalibi 10 min dollarla mükafatlanacaq. /BBC Monitoring

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar