Nəşriyyat “Azadlıq”a noyabrın 12-dək vaxt verdi

“Azərbaycan” nəşriyyatın baş direktoru Ağabəy Əsgərovun imzasıyla “Azadlıq” qəzetinin redaksiyasına növbəti dəfə xəbərdarlıq məktubu göndərilib. Məktubda yazılıb:

“Azərbaycan” nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən, 07.11.2013-cü il tarixinədək redaksiyanızın nəşriyyata çap xərclərinə görə 21410 manat, kommunal xərclərinə görə 2688 manat, cəmi isə 24098 manat debitor borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu borcun ödənilməsi üçün Sizin tərəfinizdən kifayət qədər tədbir görülməmişdir ki, bunun da nəticəsində “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşmüşdür. Yuxarıdakıları nəzərə alaraq, 12.11.2013-cü il tarixinədək debitor borcların hissə-hissə ödənilməsini Sizdən xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və digər xidmətlərin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində qalacaqdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar