Binəqədi rayonunda əhali etiraza qalxdı - Qaz idarənin rəisi iş yerindən qaçıb

Binəqədi rayonunda təbii qazın verilməsi ilə bağlı acınacaqlı vəziyyət yaranıb. Avropa.info xəbər verir ki, rayon ərazisində abonentlərə təbii qazın verilməsində iki gün fasilə yaranıb. Əhaliyə təbii qazın verilməsi verilməsinə başlayarkən başqa bir problem yaranıb. Belə ki, fərdi abonentlərin qaz sayğacları təbii qazın verilməsi ilə koda düşüb. Hal-hazırda rayon ərazisində heç kəs təbii qazdan istifadə edə bilmir.

Avropa.info-nun Binəqədi Qaz İstismarı İdarəsində olan əməkdaşı xəbər verir ki, rayon sakinləri kütləvi şəkildə idarənin qarşısına toplaşıb. Reportyorun verdiyi məlumata görə, idarənin rəisi iş yerindən qaçıb, onu tapmaq mümkün olmur: "İdarədə sakinləri qəbul edən əməkdaş isə vətəndaşlarla çox kobud şəkildə davranır, onları təhqir edir. Təbii qazın verilməsi zamanı sayğaclarda yaranan problemin aradan qaldırılacağı deyilsə də, hələ ki, problem öz həllini tapmayıb. İdarənin ayırdığı iki əməkdaşla bütöv bir rayon ərazisində sayğaclarda yaranmış problemi aradan qaldırmaq mümkün deyil".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar