İsveç Fələstini dövlət kimi tanıdı

Oktyabrın 30-da İsveçin xarici işlər naziri Marqot Valstrom hökumətinin Fələstini dövlət kimi tanıdığını bəyan edib.

“Media forum” saytının məlumatına görə, Valstrom bildirib ki, bu, fələstinlilərin öz müqəddəratını həll etmək hüququnu təsdiq edən mühüm addımdır.

İndiyə qədər heç bir Avropa ölkəsi Fələstini dövlət kimi tanımamışdı.

Oktyabrın 13-də Böyük Britaniya parlamentinin İcmalar Palatası (aşağı palata) hökumətə Fələstini müstəqil dövlət kimi tanımağa çağırış yer alan qətnamə qəbul edib.

2012-ci il noyabrın 29-da Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır, ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verir. Bu o deməkdir ki, İsrail 1967-ci ildə müharibə ilə tutduğu Fələstin ərazilərindən – Şərqi Yerusəlimdən (Qüdsdən) və İordan çayının qərb sahilindən çıxmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar