Bu il antisanitariyaya görə 34 müəssisənin sahibi cərimələnib

215 obyektin istismarı dayandırılıb, 145 iş istintaq orqanına verilib, 208 nəfər işdən kənarlaşdırılıb

Bu ilin sentyabr ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 31 müəssisənin sahibi inzibati qaydada cərimələnib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 10 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 7 iş istintaq orqanına verilib, 22 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

İ. Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 300 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 7-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 311 nümunədən isə 6-da kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 21 nümunə cəlb edilib. Ötən ay ərzində şadlıq evlərindən 537 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 17 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Nazirlik rəsmisi əlavə edib ki, ümumilikdə bu ilin 9 ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 672 müəssisənin sahibi inzibati qaydada cərimələnib. 215 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 145 iş istintaq orqanına verilib, 208 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Ötən 9 ay ərzində şadlıq evlərindən 4552 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 66 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Bu müddətdə orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 5847 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 131-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 6658 nümunədən isə 90-da kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 1312, 2 kənara çıxma halı olub. Radioloji göstəricilərinə görə isə 186 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Bu müddət ərzində 10 soyuq qəlyanaltıdan nümunə götürülüb. Onların heç birində kənara çıxma halları qeydə alınmayıb.

9 ay ərzində ay ərzində şadlıq evlərindən 16860 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 217 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar