Leyla Yunusun saxlanma şəraitində yenilik var

Vəkil Əlayif Həsənov Bakı İstintaq Təcridxanasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşüb.

“Media forum” saytına danışan vəkil Leyla Yunusa oktyabrın 29-də baş çəkdiyini deyib: “Cinayət işi ilə bağlı müzakirə apardıq. Leyla xanım şəkərdən əziyyət çəkir, səhhətində problemlər var. Təcridxanada isitmə sisteminin hələ işə salınmamasından gileyləndi.

Bu ayın ikinci ongünlüyündə istintaq əməliyyatından ötrü Milli Təhlükəsizlik Nazirliyinə aparılıb qaytarıldıqdan sonra Leyla xanımın kamerasında cəmi bir nəfər saxlanır. Digər məhbuslar köçürülüb. Hətta ona tək qalmaq təklif olunub. Amma Leyla xanım xəstə olduğunu, vəziyyətinin hər an ağırlaşa biləcəyini əsas gətirərək təklifdən imtina edib”.

Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar