"O ayətullahların çıxışları mənasızdır" - Mübariz Qurbanlı

“İranın dövlət telekanalı olan “Səhər” bu ölkənin təbliğat sahəsi ilə məşğul olanların müəyyən qruplarının Azərbaycana qarşı istifadə etdiyi mənasız bir variantdır”.

Bunu APA-ya müsahibəsində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın “Səhər” telekanalında bu ölkənin rəsmi şəxslərinin son vaxtlar Azərbaycana qarşı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

M.Qurbanlı qeyd edib ki, İranın bu telekanala xərclədiyi pullar hədər yerə gedir: “Çox mənasız telekanaldır. İran bura xərclədiyi pulu sanki səhraya, quma dağıdır”. Komitə sədri İran ayətullahlarının “Səhər” TV vasitəsilə mütəmadi “Azərbaycanda şiələr sıxışdırılır, məhərrəmlik unudulur” kimi bəyanatlarını mənasız adlandırıb: “Dəfələrlə İmam Əlinin, İmam Hüseynin (ə) və yaxud onların əshabələrinin həyatı, fəaliyyəti haqqında Azərbaycanda filmlər göstərilib, kitablar nəşr olunub. Bu müqəddəslərlə bağlı ənənəvi günlər qeyd olunub, o cümlədən də Məhərrəmlik ayı qeyd olunur. Ona görə də o ayətullahların çıxışları mənasızdır. Onlar həqiqətən şiəliyi bu cür təbliğ edirlərsə, ermənilərə qarşı bu təbliğatı aparsınlar. Çünki Azərbaycanın işğal olunmuş rayonlarında nə qədər məscidlər ermənilər tərəfindən dağıdılıb ki, onların da əksəriyyəti şiə təriqətinə mənsub olan məscidlərdir. Əgər o ayətullahlar bizim müsəlmançılığımızla bağlı şəkk edirlərsə, mən onların şəkkinin özünə şəkk edirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar