Lənkəranda torpaq sürüşdü - Video

Gəgiran kəndindəki sürüşmə 5 ailəni evsiz qoyub

Lənkəranın ucqar yaşayış məntəqələrindən olan Gəgiran kəndində son günlərdə yağan yağışlar səbəbindən torpaq sürüşməsi baş verib. ANS TV-nin məlumatına görə, sürüşmə nəticəsində bütövlükdə 5 evdə qəzalı vəziyyət yaranıb,10-na yaxın evdə çatlar qeydə alınıb.

Ziyan çəkən evlərdən biri də Qarabağ döyüşlərində şəhid olan Nizami Axundovun ailəsinin yaşadığı təzə tikilidir. Zərərçəkən Ünsürə Şıxcanova deyir ki, evlərinə ziyan axşam yağan yağışdan sonra dəyib. Ev elə hala düşüb ki, orada yaşamaq mümkün deyil.

Yaşayış üçün təhlükəli hesab edilən evlərdən köçən sakinlər qohum və qonşularda gecələdiklərini deyirlər.

Kənddə baş verən sürüşmə ilə bağlı rəsmi qurumlar da məlumatlandırılıb. Artıq sözügedən əraziyə baxış da keçirilib. Gəgiran ərazi dairəsi üzrə icra nümayəndəsi İsmayıl Cəfərov bildirdi ki, FHN Regional Mərkəzinin müvafiq mütəxəssisləri ilə birgə əraziyə baxış keçirilib və aktlar tərtib olunub. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ərazidə real vəziyyəti dəyərləndirdikdən sonra müvafiq tədbirlər görüləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar