BMT rəsmisi: “Həsən Ruhani ciddi addımlar ata bilməyib”

BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid oktyabrın 29-da yeni hesabat yayıb. “Media forum” saytının məlumatına görə, hesabatda bildirilir ki, İranda edamların sayı artır, qadınlara təzyiq və zorakılıqlar davam etdirilir: “Bu ilin ilk 6 ayında İranda 400 nəfərdən çox insan edam edilib. Onlardan 8 nəfəri 18 yaşına çatmayan yeniyetmələr olub.

İranın yeni hökumət rəsmilərinin rəftarı əvvəlik hökumət rəsmilərinin davranışından fərqli olsa da, təəssüflər olsun ki, prezident Həsən Ruhani insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi addımlar ata bilməyib. Son məlumatlar göstərir ki, İranda insan hüquqları ilə bağlı durum daha da pisləşib.

İran Məhkəmə Sisteminin rəisi və digər rəsmilər ardıcıl olaraq mənim yaydığım hesabatları tənqid edirlər. Lakin onlar ortaya çıxan mühüm suallara cavab verməkdən boyun qaçırırlar.

Dəfələrlə İran rəsmilərindən soruşmuşuq ki, nəyə görə ölkədə bu qədər edam baş verir. Sual vermişik ki, axı nəyə görə Mirhüseyn Musəvi və Mehdi Kərrubi mühakimə olunmadan və konkret hər hansı bir hökm almadan hələ də ev dustaqlığında saxlanmalıdır. Lakin İran rəsmiləri həmin sualları cavabsız qoyur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar